3 noyabr 2012 15:42
Azərbaycan Xorvatiya ilə oyunda 6 cavabsız qola sevindi (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması futbol üzrə Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-17 millisi bu dəfə Xorvatiya ilə qarşılaşıb.
Maraq üçün xatırladaq ki, Sissi Raytın yetirmələri seçmə mərhələdəki ilk matçını Avstriyaya qarşı keçirmişdi və 1:4 hesabıyla uduzmuşdu. İsveç ilə görüş isə daha faciəvi hesabla bitmişdi – 1:7. Xorvatlar da əvvəlki görüşlərində məğlubiyyətlə üzləşmişdilər. Bu komanda İsveçə 0:9, Avstriyaya 0:10 hesabıyla uduzmuşdu. Bu üzdən də yığmamız seçmə mərhələni major notlarla bitirmək üçün qrupun aşkar autsayderi üzərində qələbə qazanmağı hədəfləmişdi. Qızlarımız bu istəklərinə böyük hesablı qələbə ilə çatıblar. Nəticədə, komandamız seçmə mərhələni qrup üçüncüsü kimi başa vurub.
Bu gün 6-cı qrup çərçivəsində daha bir görüş keçiriləcək. Yığmamızın digər rəqibləri – Avstriya ilə İsveç üz-üzə gələcək.
AÇ-nin ilkin seçmə mərhələsi
6-cı qrup
3 noyabr
AZƏRBAYCAN - XORVATİYA - 6:0 (4:0)
Qollar: Mənsimova, 2 (1:0), Cəlilli, 17 (2:0), Əliyeva, 25 (3:0), Nəsirova, 37 (4:0), Şərifova, 56-pen (5:0), Sarıaltın, 70-pen (6:0).
Baş hakim: İrina Tereşenko (Rusiya).
Lindabrunn. “Lindabrunn” stadionu.
Oyun başladı
2. Mənsimovanın qolu komandamızı hesabda önə keçirir - 1:0
5. Sudanın zərbəsi qapıdan yan keçir
8. Sarıaltının qola sevinməsinə rəqib qapıçı mane olur
9. Yığmamızın korner vuruşu qol gətirmir
9. Tomiçin zərbəsini Şərifova dəf edir
17. Cəlilli komandamızın üstünlüyünü bir qədər də artırır - 2:0
17. Maraq üçün qeyd edək ki, ilk qolda olduğu kimi, ikinci qolun da ötürməsini Əliyeva verib
19. Cəlillinin növbəti zərbəsi qapıdan yan keçir
20. Maqaniç sarı vərəqə ilə cəzalanır
22. Əliyevanın zərbəsi təhlükəli olsa da, Çurkoviç komandasını qoldan xilas edir
23. Sarıaltının zərbəsi qapıdan yan keçir
25. Əliyeva nəhayət özü də qol vurur - 3:0
25. Mehmedoviç sarı vərəqə ilə cəzalanır
27. Maqaniçin zərbəsi qapıdan yan keçir
28. Əliyevanın növbəti cəhdi bəhrəsiz olur
29. Nəsirovanın növbəti qolumuzu vurmasına rəqib qapıçı mane olur
30. Yığmamızın korner vuruşu qol gətirmir
31. Əliyeva sarı vərəqə alır
31. Xorvatların heyətində erkən əvəzlənmə edilir: Skupnyakı Doliç əvəzləyir
37. Nəsirova da qol istəyinə çatır və hesabı biabırçı həddə çatdırır - 4:0
40. Şeqota qol vurmağa yaxın olsa da, Şərifova sayıqlığını itirmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
41. Əliyevanı Xəlilova əvəzləyir
46. Mənsimovanın qola sevinməsinə rəqib qapıçı mane olur
48. Xəlilovanın zərbəsi qapıdan yan keçir
55. Sudan cərimə meydançasında əllə oynadığı üçün penaltiyə səbəb olur
56. Qapıçımız A.Şərifova penaltini dəqiq yerinə yetirir - 5:0
56. Mənsimovanı Yigin əvəzləyir
57. Devçiç sarı vərəqə alır
59. Xorvatların korner vuruşu zamanı komandamız müdafiədə yaxşı oynayır
67. Yığmamızın korner vuruşu qol gətirmir
70. Millimiz ikinci dəfə korner vurmaq hüququ qazanır. Bu dəfə Horvat qaydanı pozur və sarı vərəqə alır
70. Sarıaltın zərbəni dəqiq yerinə yetirir - 6:0
71. Çurkoviçi Herç əvəzləyir
72. Xorvatlar korner yerinə yetirirlər: uğursuz alınır
73. K.Məmmədovanı Hacıyeva əvəzləyir
75. Qrqiçin təhlükəli zərbəsini Şərifova dəf edir
76. Sudanı Dulçiç əvəzləyir
79. Millimiz daha bir korneri boşa verir. Danqadzenin zərbəsi dəqiq olmur
Matç başa çatdı
AZƏRBAYCAN: 1. Aytac Şərifova, 3. Gülənbər Qasımova, 14. Süheyla İltər (k), 15. Kamilla Məmmədova, 2. Jalə Məhsimova, 6. Maya Danqadze, 10. Nigar Cəlilli, 13. Aysun Əliyeva, 16. Melis Sarıaltın, 11. Şəfəq Nəsirova, 17. Süsən Mənsimova.
Ehtiyat oyunçular: 12. Mədinə Xələfova, 4. Jalə Məmmədova, 7. Sevinc Qurbanova, 9. Berna Yigin, 18. Diana Hacıyeva, 8. Suğra Xəlilova.
XORVATİYA: 1. Xosipa Çurkoviç, 4. Barbara Tomiç (k), 5. Tea Horvat, 2. Karla Şeqota, 8. Matea Qrqiç, 13. Mirna Sudan, 16. Erna Devçiç, 17. İva Maqaniç, 6. Melanie Zrno, 9. Mişele Skupnyak, 14. Mina Mehmedoviç.
Ehtiyat oyunçular: 12. Paola Herç, 3. Tea Doliç, 18. Antonia Dulçiç, 7. Rea Tuniç, 11. Drina Domiç.
|
1. İsveç
|
2
|
2
|
0
|
0
|
16-1
|
6
|
|
2. Avstriya
|
2
|
2
|
0
|
0
|
14-1
|
6
|
|
3. Azərbaycan
|
3
|
1
|
0
|
2
|
8-11
|
3
|
|
4. Xorvatiya
|
3
|
0
|
0
|
3
|
0-25
|
0
|
