3 noyabr 2012 00:14
“Neftçi və Xəzər Lənkərandan təklif almamışam”
“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev “Neftçi” və “Xəzər Lənkəran”ın sükanı arxasına keçəcəyinə dair yayılan şayiələrə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bu yaxınlarda mətbuatda oxudum ki, məni “Neftçi”yə rəhbərlik etməyə çağırırlar. Amma bunlar həqiqəti əks etdirmir. Bu klubdan mənimlə heç kim əlaqə saxlamayıb. “Xəzər Lənkəran”dan da heç bir təklif almamışam. Amma hansısa təklif olsa, təbii ki, buna baxmaq olar”.