3 noyabr 2012 12:15
Cüneyt Biçər: XL-da futboldan başı çıxmayan insanlar var
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçər Yunis Hüseynovun istefaya göndərilməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Xəzər Lənkəran”da hələ mövsümün əvvəlində problemlər var idi. Mətbuatdan öyrənmişəm ki, guya o, hələ daha tez getmək istəyirmiş. Amma rəhbərlik istefasını qəbul etməyib. Məncə bu cür tez-tez məşqçi dəyişmək düzgün addım deyil. Belə dəyişikliklər komandaya heç bir fayda gətirmir. Əksinə, vaxt itkisinə səbəb olur. Futbolçular da oyun barədə yox, onları meydana kimin çıxaracağı haqda düşünməyə başlayırlar. Sadəcə, Lənkəranda klub rəhbərliyinə yaxın insanlar var. Onlar futboldan heç nə bilmirlər. Amma özlərini hər şeyi bilən kimi göstərirlər. Nə qədər ki, bu klubda həmin insanların fikirləri ilə razılaşacaqlar, baş məşqçi dəyişikləri də belə davam edəcək”.