4 noyabr 2012 22:50
Cavid Hüseynov Türkiyədə darmadağına sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu bu gün Türkiyə PTT birinci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 10-ci turu çərçivəsində “Ankaragücü” ilə qarşılaşıb.
Qeyd edək ki, bu qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də Adana təmsilçisi görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Həmyerlimizin komandası darmadağınla qalib gəlib.
Son oyunlarda bir qədər az forma şansı qazanan Cavidin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Mustafa Uğur ona 84-cü dəqiqədə şans verib. Komandası son qolu məhz Cavid meydana çıxdıqdan sonra vurub.
“Adana Demirspor” hazırda 17 xalla 18 komanda arasında 5-ci yerdədi.
Türkiyə PTT birinci liqası
10-cu tur
4 noyabr
Adana Demirspor - Ankaragücü - 4:1
