4 noyabr 2012 20:00
Yığmamızın forvardı oynamadı, komandası darmadağınla qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun heyətində yer aldığı “Metallurg” bu gün Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 35-ci turu çərçivəsində “Daugava Riga” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də liyepayalılar mütləq qələbə qazanmağı hədəfləmişdilər. Onlar bu istəklərinə darmadağınla nail olublar.
Qeyd edək ki, hazırda Liyepaya klubu 35 oyundan sonra 70 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Son oyunlarda forma geyməyən millimizin forvardının bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, həmyerlimiz bu dəfə də forma geyməyib.
Latviya çempionatı
35-ci tur
4 noyabr
Metallurg - Daugava Riga - 4:0
