4 noyabr 2012 13:36

Aqil Nəbiyev: Ehtiyatda qalmağımla razılaşmıram

AZAL-ın yarımmüdafiəçisi Aqil Nəbiyev Topaz Premyer Liqasının 12-ci turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Berti Foqtsun Şimali İrlandiya ilə oyun üçün açıqladığı ilkin sıyahıda sizin də adınız var...
- Şadam ki, məni də yığmaya dəvət ediblər. Çalışacağam ki, əsas heyətdə yer almağa layiq olduğumu sübut edim. Baxmayaraq ki, AZAL-da az oyun təcrübəmin olması məni bir qədər narahat edir.
 
- Geridə qalan 10 oyundan yalnız birində 90 dəqiqə forma geydiyiniz halda milliyə dəvət olunmağınız sizə qəribə gəlmədi ki?
- Bu, baş məşqçinin qərarıdı. Əgər heyətə nəzər salsaq, oyun təcrübəsinin azlığından əziyyət çəkənin tək mən olmadığını da görmək olur. Klubumda ehtiyatda qalmağıma görə də baş məşqçini günahlandıra bilmərəm. Hər kəs əlindəki materialdan istifadə edir. Amma özümü göstərmək üçün daha çox şans qazanmaq istəyirəm.
 
- Bəs belə az forma şansı qazanmağınızın əsas səbəbi nədi?
- Mənim zədəm var. Mövsümün əvvəlində yenicə sağalmışdı. Ondan sonra forma yığmağım lazım idi. İndi tam hazıram. Hesab edirəm ki, “Turan”la oyunda da heyətdəki ən yaxşılardan biri elə mən idim. Baxmayaraq ki, məğlub olduq. Lakin ondan sonra yenə ehtiyatda qalmağa başladım. Mən baş məşqçinin qərarına hörmətlə yanaşıram. Amma ehtiyatda qalmağımla razılaşmıram.
 
- Premyer Liqanın ilk dövrəsini AZAL üçün uğurlu saymaq olar?
- Əlbəttə, turnir cədvəlindəki vəziyyətimiz yaxşıdı. Amma unutmaq lazım deyil ki, turnir cədvəlinin üst pillələrindəki komandalarla autsayderlər arasındakı xal fərqi o qədər də böyük deyil. İki-üç ardıcıl qələbə və ya məğlubiyyət hər şeyi tam fərqli istiqamətə dəyişə bilir. Hazırda AZAL-da ən yaxşı şərait yaradılıb. Mən 6 ildi ki bu komandayam. Amma ilk dəfədi belə şərait görürəm. İndi hər şey yaxşılaşıb. Öz stadionumuz, bazamız, məşq meydançalarımız var. Yəni futbolçuların uğulur çıxış etməsi üçün hər cür şərait yaradılıb.
 
- Bu mövsüm üçün hədəfləriniz nədən ibarətdi?
- İlkin hədəfimiz ilk altılığa düşməkdi. Ondan sonra isə avrokuboklara vəsiqə qazanmaq barədə düşünmək olar.
 
- Qarşıda “Qarabağ”la oyun var. Hansı ki, bu komandanı ilk dövrədə 6:2 hesabıyla məğlub etmişdiniz...
- Bilirsiz ki, bu mövsüm əksər komandalar yaxşı vəziyyətdə deyil. Bu, mənim şəxsi fikrimdi. Məsələn, elə “Qarabağ”. Bu komanda həmişə güclü olub. Amma görünür onlarda bu mövsüm güclü eniş var. Futbolda hər şey mümkündü. Hazırda biz onları iki xal qabaqlayırıq. Bu isə o deməkdi ki, qələbə qazanmağa borcluyuq. Əks halda rəqib bizi qabaqlaya bilər. Ona görə də ancaq qələbəyə oynayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.