4 noyabr 2012 02:03

“Yığmaya dəvət aldığıma görə çox sevinirəm”

“Simurq”un kapitanı Rasim Ramaldanov klubun rəsmi saytına növbəti oyun və milliyə dəvət edilməsi haqqında fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, həmçinin cari mövsüm barəsində də fikirlərini bölüşüb.
 
- Rasim, ilk növbədə komandanın son vəziyyəti haqqında nə deyərdin? Son 3 oyunda 1 xal...
- Əvvəlcə onu deyim ki, bizim son 3 qarşılaşmamız hazırkı cari mövsümdə çempionluğa ən böyük namizədlər olan komandalarla olub. Biz də onlara qarşı qorxmadan, çəkinmədən çıxıb oynumuzu oynamışıq, sona qədər mübarizə aparmışıq. Ancaq çox təəssüf ki, bəxt amili bizdən yana olmayıb. Komandada heç bir problem yoxdu. Hər şey öz qaydasında davam edir. Geridə qalan oyunlardan dərs çıxarıb, növbəti turlara hazırlıqlarımızı davam etdiririk.
 
- Növbəti turda “Turan”ın qonağı olacaqsız. Rəqibi necə dəyərləndirərdin?
- Bizi qarşıda çox çətin oyun gözləyir. Rəqibimiz sona qədər vuruşan komandadır. Son oyunlarda da gözəl nəticələr əldə edərək, turnir cədvəlində irəliləyiblər. Ancaq buna baxmayaraq, Tovuzda meydana yalnız qələbə üçün çıxacağıq.
 
- Uzun müddətdir gözlənilən dəvət gəldi. Azərbaycan yığmasına dəvət olunmağın haqqında nə deyərdin?
- Bu dəvətə görə çox sevinirəm. Hər bir futbolçu kimi, mənim də əsas hədəflərimdən biri milli komandaya çağırılmaq idi. Çalışacam ki, özümü yaxşı tərəfdən göstərim, mənə olan inamı itirməyim. Bu dəvətə görə təşəkkürümü bildirirəm. İnşallah, şans verilsə, yığma komandanın heyətində qələbələr qazanmaq üçün əlimdən gələni edəcəyəm.  
 
- Cari mövsümün gedişatı səni qane edirmi?
- Doğurdan bu mövsüm əvvəlki illərə nismətən çox ağır keçir. Çempionatda konkret autsayder yoxdu. Hər bir komanda istənilən rəqibə qalib gəlmək gücünə malikdir. Ancaq bu, Premyer Liqanı çox maraqlı edir. Oyunlara ancaq qələbə əzmiylə hazırlaşırıq. İnşallah biz də gözəl futbol və əla nəticə ilə ən yüksək yerlərdə özümüzə mövqe tutacağıq. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.