4 noyabr 2012 01:58
Millimizin üzvü oynamadı, klubu darmadağına sevindi
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi 10-cu tur çərçivəsində evdə “Gaziantepspor” ilə qarşılaşıb.
Görüş 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Beləcə, əskişəhərlilər beşinci qələbələrinə seviniblər.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Millimizin üzvü qarşılaşmanın “18-liy”inə də daxil edilməyib.
“Eskişehirspor” hazırda 17 xalla 3-cü yerdə gedir.
