4 noyabr 2012 17:50
XL və Qarabağdan qələbə, İnter və Simurqdan xal itkisi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 12-ci turun oyunlarına yekun vurulur. Azerisport.az xəbər verir ki, son oyun günündə dörd görüş baş tutub.
“Sumqayıt” lider “İnter”i qəbul edib. Bu mövsüm bir çox favoritləri büdrətmiş sumqayıtlılar "bankirlər"ə də uduzmayıb. Çempionatın digər lideri “Simurq” da “Turan”ın qonağı olub. Hesabı Zaqatala klubu açsa da, sonda tovuzlular məğlubiyyətdən xilas ola biliblər.
“Qarabağ” AZAL-la münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu ilk dövrədə böyük hesabla uduzduğu bu rəqibini iki cavabsız qolla yenib. “Xəzər Lənkəran” isə “Rəvan”la qarşılaşıb. Meydan sahibləri darmadağına seviniblər.
Topaz Premyer Liqası
12-ci tur
4 noyabr (bazar)
XƏZƏR LƏNKƏRAN – RƏVAN - 4:0 (3:0)
Qollar: A.Pit, 10 (1:0), D.Sialmas, 12 (2:0), S.Tounkara, 33 (3:0), D.Sialmas, 70 (4:0)
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
Lənkəran şəhər mərkəzi stadionu.
Oyun başladı
Qeyd edək ki, cənubluları bu oyuna Emin Quliyev çıxarıb
Meydan sahibləri ilk dəqiqələrdən təşəbbüsü ələ alıblar
R.Əmirquliyevin zərbəsi yaxşı alınmır
Skarlatakenin cərimə zərbəsi qapıçıda qalır
Oxşar epizoddan Adrian Pit dəqiqə zərbə ilə hesabı açır - 1:0
Qonaqlar özlərinə gəlməmiş Sialmas ikinci dəfə "aslanlar"ı meydanın mərkəzinə dəvət edir - 2:0
"Rəvan"da erkən əvəzləmə: Musazadə yerini T.Cəlilova verir
Sialmasın zərbəsini Kərimi asanlıqla tutur
Rəhimovun cərimə zərbəsini Sadıqlı kornerə çıxarır
Sialmasın zərbəsini qapıçı qaytarsa da, topa daha tez çatan Sadio Tounkara hesabı darmadağın həddinə çatdırır - 3:0
"Rəvan" hücumda nəsə etməyə çalışsa da, alınmır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədə B.Subaşiçi E.Abdullayev əvəzləyir
Abdullayevin təhlükəli zərbəsini Kərimi dəf edir
N.Qurbanovu A.Quluzadə əvəzləyir
Qonaqların təhlükəli hücumu zamanı Vareanın qapıya dəqiq zərbə vurmasına imkan verilmir
Sialmas qapıçı ilə üz-üzə qalır və dublunu rəsmiləşdirir - 4:0
Sialmas qoldan dərhal sonra A.Ramazanovla əvəzlənir
Cənublular hücumlarına ara vermirlər və beşinci qol üçün çalışırlar
Ramazanov Maradonasayağı qol vurmaq istədiyi üçün sarı vərəqə ilə cəzalanır
Matç başa çatdı
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 11. Dimitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 42. Kamran Abdullazadə, 99. Beto, 17. Kazım Kazımlı, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev, 55. Ağabala Ramazanov.
RƏVAN: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 7. Elvin Musazadə, 13. Şəhriyar Rəhimov, 14. Juan Manuel Varela, 16. Orxan Lalayev, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 26. Fransis Bosman, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 4. Ekrem Hodziç, 8. Tural Axundov, 11. Şeriff Suma, 15. Tural Cəlilov, 19. Hüseyn Axundov, 28. Amid Quluzadə.
QARABAĞ – AZAL - 2:0 (0:0)
Qollar: M.Muarem, 59 (1:0), V.Cavadov, 65 (2:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Elvin Əsgərov.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
Oyun başladı
5. Matçın ilk dəqiqələri daha çox sakit oyunla diqqət çəkir
8. "Qarabağ" düz cərimə meydançasının xətti üzərindən cərimə zərbəsi vurmaq hüququ qazanır. Amma meydan sahibləri bu şansdan yararlana bilmirlər
9. V.Cavadovun elə də qüvvətli olmayan zərbəsi Məcidovda qalır
13. AZAL-ın korner vuruşu təhlükəli olmur
17. Nildonun başla zərbəsi qapıdan yan keçir
18. İbekoyinin uzaqdan zərbəsi dəqiq olmur
20. V.Nadirovun qola sevinməsinə son anda Məcidov əla reaksiya ilə mane olur
20. Ağdamlıların korner vuruşundan da heç nə alınmır
24. AZAL hesabı açmağa çox yaxın olsa da, Vəliyev əla reaksiya nümayiş etdirir
25. "Qarabağ"ın əks-hücum zamanı Almeydanın vuruşunda top dirəkdən dönür
28. "Qarabağ"ın daha bir təhlükəli hücumu zamanı qonaqların bəxti gətirir
29. C.Tağıyevin zərbəsi "təyyarəçilər"ə korner qazandırır: künc zərbəsi çox uğursuz alınır
32. V.Nadirov sarı vərəqə alır
39. İbekoyinin zərbəsi qapının üstündən keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
52. O.Klyava cərimə meydançası yaxınlığında qaydanı pozduğu üçün sarı vərəqə alır
53. V.Cavadovun cərimə zərbəsini qapıçı əla reaksiya ilə qaytarır
56. E.Taqayevi R.Tağızadə əvəzləyir
59. Muarem qapıçı ilə üz-üzə qalır və Məcidovu da aldadaraq, hesabı açır - 1:0
61. Vüqar komandasının ikinci qolunu vurmağa yaxın olsa da, zərbəsində azca dəqiqlik çatışmır
65. Almeydanın əla ötürməsini V.Cavadov dəqiq zərbə ilə tamamlayır - 2:0
68. V.Nadirovu Ə.İsmayılov əvəzləyir
69. AZAL-da isə C.Tağıyevi A.Patraş, V.İbekoyini A.Veliçka əvəzləyir
74. V.Cavadovu R.Əliyev əvəzləyir
79. R.Almeydanı H.Əhmədov əvəzləyir
85. "Qarabağ" artıq əsas diqqəti müdafiəyə yönəldib və əks-hücum imkanı axtarır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Qarşılaşma başa çatdı
QARABAĞ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 4. Zaur Həşimov, 6. Hacı Əhmədov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 33. Selim Mostafa, 44. Eltun Yaqublu.
AZAL: 27. Ruslan Məcidov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 8. Elman Taqayev, 11. Zohair Benuahi, 16. Franko Nildo, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 20. Branislav Arseniyeviç.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 4. Xose Junior Aylton, 22. Ruslan Tağızadə, 28. Artur Patraş, 37. Andrius Veliçka, 10. Tərlan Xəlilov, 23. Tural Nərimanov.
SUMQAYIT – İNTER - 0:0 (0:0)
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Orxan Məmmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Oyun başladı
Komandalar oyuna fəal başlayıblar
Mirzəbəyov sarı vərəqə ilə cəzalanır
Meydan sahiblərinin təhlükəli hücumunun qarşısını rəqib qapıçı alır
"İnter"in hücumdakı oyunu hələ ki, alınmır
Qonaqların ilk təhlükəli hücumu zamanı müdafiəçilər yaxşı oynayırlar
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Komandalar kifayət qədər fəal olsalar da, qapılar qarşısında təhlükə yoxdu
Məhərrəmov çıxışda səhvə yol versə də, Niasse hesabı açmaq şansını qaçırır
N.Hacıyevi D.Genov əvəzləyir
"Sumqayıt"da isə R.Nəsirlini M.Hüseynov əvəzləyir
O.Əliyev yerini S.Allahquliyevə verir
"İnter" bütün komanda ilə hücuma atılıb, meydan sahibləri isə əks-hücum şansı axtarır
Niasseni T.Şütz əvəzləyir
Genovun zərbəsini Məhərrəmov zərərsizləşdirir
"Sumqayıt"da Həşimzadəni E.Cəfərquliyev əvəzləyir
Matç başa çatdı
SUMQAYIT: 90. Anar Məhərrəmov, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 5. Murat Doymuş, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə, 95. Ruslan Nəsirli.
Ehtiyat oyunçular: 12. Yevgeni Jukov, 6. Taner Taktak, 8. Aqşin Muxtaroğlu, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev, 22. Xəyal Mustafayev, 50. Murad Hüseynov.
İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 9. Daniel Genov, 21. Arif Daşdəmirov, 23. Tales Şütz, 24. Fuad Bayramov, 77. Ramil Mansurov.
TURAN – SİMURQ - 1:1 (0:1)
Qollar: S.Polyak, 33 (0:1), F.Quliyev, 79 (1:1)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Fərid Məmmədov.
Tovuz. Şəhər stadionu.
Oyun başladı
7. A.Mirili sarı vərəqə ilə cəzalanır
10. "Turan" oyuna daha fəal başlayıb
15. R.Ramaldanov E.Günlünü təhlükəli nöqtədə yıxır. M.Ağakişiyevin yaxın küncə göndərmək istədiyi topu son anda qapıçı əla reaksiya ilə qaytarır
19. "Turan" korner qazanır: qapıçı topu tutur
20. Korner zamanı qapıçıya qarşı sərt oynayan Ballo sarı vərəqə alır
26. Krutskeviç də sarı vərəqə alır
33. Rukavina cərimə meydançası yaxınlığında qaydanı pozur. Polyak cərimə zərbəsini mükəmməl yerinə yetirərək, hesabı açır - 0:1
35. Q.İbrahimovun uzaqdan zərbəsi qeyri-dəqiq alınır
40. İ.Qırtımov sarı vərəqə alır
43. D.Zrnanoviç də sarı vərəqə ilə cəzalanır
44. E.Günlünün uzaq məsafədən cərimə zərbəsini son anda Petrkeviç kornerə çıxarır
45. Zubkovun korner zamanı başla zərbəsi qol gətirmir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. A.Şemonayev sarı vərəqə alır
52. Ballonun təhlükəli zərbəsini qapıçı dəf edir
55. "Simurq" oyuna nəzarəti əldə saxlayır
60. Bojiçin uzaqdan zərbəsi dəqiq olmur
64. Ramaldanov qapıçı ilə üz-üzə qalan Ballonu cərimə meydançasına çatarkən yıxır və sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulur
65. "Turan" təhlükəli nöqtədən cərimə zərbəsi vurur: F.Quliyevin zərbəsini son anda qapıçı əla reaksiya ilə dəf edir
66. Q.İbrahimov yerini A.Oliveyraya verir
67. Kvirtiyanın zərbəsi qapının üstündən keçir
69. Ballonun zərbəsini qapıçı tutur
74. Rukavinanın Beraya əvəzləyir
76. Polyakın təhlükəli cərimə zərbəsini Popoviç tutur
77. Beraya yaxın məsafədən qapıya yol tapa bilmir
79. "Turan" nəhayət ki, istəyinə çatır: F.Quliyev effektli zərbə ilə topu uzaq küncə göndərir - 1:1
82. Eyyubov da sarı vərəqə ilə cəzalanır
85. R.Eyyubovu M.Səttarlı əvəzləyir
87. Rəqiblə dirsəklə zərbə endirdiyi üçün İ.Qırtımov da birbaşa qırmızı vərəqə ilə meydandan qovulur. "Simurq" 9 nəfərlə mübarizə aparır
88. Petrkeviç komandasını qoldan xilas edir
90+2. Polyakın əvəzinə meydana R.Məmmədov çıxır
90+3. Meydan sahibləri korner qazanırlar: müdafiəçilər diqqətlidilər
Matç başa çatdı
TURAN: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 13. Marius Kazlauskas, 14. Ender Günlü, 24. Ruslan Zubkov, 21. Antonio Rukavina, 22. Salif Ballo, 25. Nuqzar Kvirtiya, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 1. İvan Qrabovaç, 5. Fərid Quliyev, 11. Qoqi Pipiya, 15. Rəşad Piriyev, 8. Budaq Nəsirov, 23. İrakli Beraya, 7. Azər Məmmədov.
SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 15. Stepan Polyak, 20. Rəşad Eyubov, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 6. Anderson Olivyera, 9. Marçin Burhard, 10. Zdravko Popoviç, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı, 79. Nenad Stoyanoviç.
Turun digər oyunları: “Kəpəz” – “Bakı” – 0:0, “Qəbələ” – “Neftçi” – 2:1.
| 1 | İnter | 11 | 5 | 5 | 1 | 11 | 5 | +6 | 20 |
| 2 | Simurq | 12 | 5 | 5 | 2 | 14 | 7 | +7 | 20 |
| 3 | Qarabağ | 12 | 4 | 5 | 3 | 15 | 13 | +2 | 17 |
| 4 | XL | 11 | 4 | 4 | 3 | 17 | 9 | +8 | 16 |
| 5 | Qəbələ | 12 | 4 | 4 | 4 | 13 | 14 | –1 | 16 |
| 6 | AZAL | 11 | 4 | 4 | 3 | 16 | 12 | +4 | 16 |
| 7 | Neftçi | 9 | 5 | 0 | 4 | 16 | 12 | +4 | 15 |
| 8 | Turan | 12 | 4 | 3 | 5 | 13 | 16 | –3 | 15 |
| 9 | Rəvan | 12 | 3 | 4 | 5 | 12 | 18 | –6 | 13 |
| 10 | Sumqayıt | 12 | 3 | 4 | 5 | 10 | 18 | –8 | 13 |
| 11 | Bakı | 10 | 1 | 7 | 2 | 8 | 8 | 0 | 10 |
| 12 | Kəpəz | 12 | 2 | 3 | 7 | 8 | 21 | –13 | 9 |
Bombardirlər:
8 - Franko Nildo (AZAL)
6 - Nikolas Kanales (Neftçi)
5 - Juan Manuel Varea (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).
