4 noyabr 2012 16:57
Bernard Raab: İnter də 1 xalla razılaşmalıdı
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 12-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu cür meydanda yaxşı oyun göstərmək olmur. “İnter” komandası ilə oyunumuz həmişə çətin alınır. 1 xal qazandığımız üşün şadam. Fikrimcə, “İnter” də 1 xalla razılaşmalıdı”.
