4 noyabr 2012 17:18
“Futbolçuların qırmızı vərəqə alması oyunumuza təsir etdi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 12-ci turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna fərqli heyətlə çıxmışdıq. Həmişəki kimi oyunumuz çətin keçdi. İlk hissədə komanda yaxşı oynadı, standard vəziyyətdən gözəl qol vurduq. İkinci hissədə isə qapımızdan qol buraxdıqdan sonra müdafiəyə daha çox fikir verməyə başladıq. Futbolçuların qırmızı vərəqə alması oyunumuza təsir etdi. Lakin futbolçularıma təşəkkürümü bildirirəm, sona kimi mübarizə apardılar və 1 xal qazandılar”.
