4 noyabr 2012 17:29
Qurban Qurbanov: Qələbə qazanmaqdan başqa çıxış yolumuz yox idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 12-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda qələbəyə layiq idi. AZAL bizim üçün çətin komandadır. Sabit oyun göstərirlər. Qələbə qazanmaqdan başqa çıxış yolumuz yox idi. Bizim də oyunumuzda problemlər var, məşqçinin də əsas işlərindən biri bu problemləri aradan qaldırmaqdı. Çətin oyun olsa da, vacib üç xal qazandıq”.
