4 noyabr 2012 17:32
Vaqif Sadıqov: Qarabağ bizi öz silahımızla vurdu
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 12-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qarabağ” klubunu layiqli qələbə ilə təbrik edirəm. Bizdən üstün oynadılar. Qalib gəlsəydik, turnir cədvəlində rəqiblərimizdən aralana bilərdik. “Qarabağ” bizi öz silahımızla vurdu, oyun boyu pressinq etdi. İlk qolda süni oyundan kənar vəziyyət yaratmaq istədik. Bu gün ən zəif oyunumuzu oynadıq. Problemlərimizi həll etməliyik. Bu il AZAL-dan çox şey tələb etməyək, atdığımız addımlar düzgündü. Gələcək üçün yaxşı komanda yaradacağıq”.
