4 noyabr 2012 18:19
Kemal Alispahiç: Çox qol buraxmağımız pis oldu
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 12-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin bosniyalı çalışdırıcısı 0:4 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib komandanı təbrik edirəm. “Xəzər Lənkəran” təcürbəli futbolçulardan qurulmuş komandadı. Yaratdığımız qol imkanlarından yararlana bilmədik. Çox qol buraxmağımız pis oldu. Son bir həftədə keçirdiyimiz oyunlarda komanda çox yorulub, səhvlərimiz çox idi. Bu, futbolur, hər şey ola bilər”.
