4 noyabr 2012 18:26
Erik Kapilla: Həftə ərzində keçdiyimiz hazırlıqlar öz nəticəsini göstərdi
“Xəzər Lənkəran”ın məşqçisi Erik Kapilla Topaz Premyer Liqasının 12-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 4:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk növbədə Yuni Hüseynova və komanda rəhbərliyinə minnətdarlığımı bildirirəm. Komandanın vəziyyəti gərgin olsa da, mütləq qələbə qazanmalı idik. Buna nail olduq. Həftə ərzində keçdiyimiz hazırlıqlar öz nəticəsini göstərdi, bütün gücümüzdən istifadə etdik, hücum qurarkən cinahlardan daha çox yararlandıq. Bizim də səhvlərimiz oldu. İkinci qoldan sonra komanda daha soyuqqanlı oynadı. Futbolçulara təşəkkürümü bildirirəm”.
