4 noyabr 2012 11:28
Aleksandr Çertoqanov: Neftçi ilə matç mövsümdəki ən yaxşı oyunumuzdu
“Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanov Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” ilə oyunu necə dəyərləndirərdiniz? “Qəbələ” çoxdan idi əsas favoritlərdən birini məğlub edə bilmirdi...
- Necə çoxdan? Bəs “Qarabağ” üzərindəki qələbə?
- “Qarabağ” indiki halı ilə çətin ki əsas favorit sayılsın...
- “Qarabağ” indiki halı ilə çətin ki əsas favorit sayılsın...
- Razılaşa bilmərəm. Amma onunla razıyam ki, çoxdan idi belə yaxşı oynamamışdıq. Mümkündü ki, bu, mövsümdəki ən yaxşı oyunumuzdu. Hər halda bu oyundan hamımız razı qaldıq.
- Oyununuzun belə yaxşı alınmasının sirri nədədi?
- Bu gün hər şey bizim üçün yaxşı alındı. Komanda özünə inam hiss edirdi. Fikrimcə, biz qarşıdakı oyunlarda daha da artırmış olacağıq.
- Bu gün hər şey bizim üçün yaxşı alındı. Komanda özünə inam hiss edirdi. Fikrimcə, biz qarşıdakı oyunlarda daha da artırmış olacağıq.
- Amma iki həftəlik fasilə zamanı bu ritmi saxlamaq çətin olacaq...
- Ola bilər. Komanda yaxşı sürət yığıb. Təəssüf ki, belə bir vaxtda fasilə yaranır. Amma digər tərəfdən də bu, daha yaxşı hazırlaşmaq üçün bir şansdı.
- Bu oyunda çoxlu hücumlar edirdiniz. Belə çıxır ki, “Qəbələ” “Neftçi” ilə oyunda heç-heçəyə razı deyildi?
- Təbii ki. Bizim qol vəziyyətlərimiz daha çox oldu, nəinki “Neftçi”nin.
- Təbii ki. Bizim qol vəziyyətlərimiz daha çox oldu, nəinki “Neftçi”nin.
- Oyundan sonra rəqib komandanın baş məşqçisi Böyükağa Hacıyev sizin kobud oyununuzdan etirazını bildirdi...
- Mən heç vaxt bilərəkdən hansısa futbolçuya qarşı kobud oyun sərgiləmirəm. Biz hamımız eyni yolla çörək pulu qazanırıq. Hansısa həmkarıma xəsarət yetirmək mənlik deyil. Amma Hacıyevi də başa düşürəm. O, məğlub olduqlarına görə məyus idi. Buna görə də əsəblərini bu cür sakitləşdirməyə çalışırdı.
- Bruno da Silva penaltini vurmayanda qələbəni əldən verəcəyinizi düşünmədiniz ki?
- Xeyr. Vaxt az qalmışdı. Həm də “Neftçi”də hücum xəttində hər şey alınmırdı.
- “Qəbələ” yüksək yerlər uğrunda mübarizəyə nə dərəcədə hazırdı?
- Hələ bu barədə danışmaq tezdi. Biz indi hər oyunda qələbə qazanmağa çalışırıq. Zamanla komanda daha da artıracaq. Özü də indi elə baş məşqçimiz var ki, arxayınlaşmağa imkan verməz (gülür).
- Hələ bu barədə danışmaq tezdi. Biz indi hər oyunda qələbə qazanmağa çalışırıq. Zamanla komanda daha da artıracaq. Özü də indi elə baş məşqçimiz var ki, arxayınlaşmağa imkan verməz (gülür).
- Ramiz Məmmədovla işləmək nə dərəcədə çətindi?
- Mən deyərdim ki, onunla çalışmaq maraqlıdı.
- Mən deyərdim ki, onunla çalışmaq maraqlıdı.
- Fatih Kavlak və Tonis Adamsla çoxmu fərqi var?
- Nizam-intizam, taktiki və fiziki hazırlıq baxımından fərqlər var. Hər mütəxəssis özünə görə fərqlənir. Həm də onun Badri və Mehman kimi köməkçiləri var.
- Nizam-intizam, taktiki və fiziki hazırlıq baxımından fərqlər var. Hər mütəxəssis özünə görə fərqlənir. Həm də onun Badri və Mehman kimi köməkçiləri var.
