5 noyabr 2012 13:07
Bojidar Bandoviç Yunanıstana qayıda bilər
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç yenidən Yunanıstana qayıda bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısını yenə bu ölkəyə çağırırlar.
Məsələ burasındadı ki, serbiyalı mütəxəssis bəzi Yunanıstan klublarından təklif alıb. Əgər o, “Bakı”dan ayrılsa, böyük ehtimalla karyerasını məhz bu ölkədə davam etdirəcək.
Maraq üçün qeyd edək ki, Bandoviç “Bakı”ya məhz Yunanıstandan gəlmişdi. Onun paytaxt klubundakı taleyinə dekabr ayında aydınlıq gətiriləcək.
