5 noyabr 2012 14:53
Fərid Quliyev qalmaqallı qoldan danışdı
“Turan”ın hücumçusu Fərid Quliyev Topaz Premyer Liqasının 12-ci turunun “Simurq” ilə oyununda vurduğu qoldan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Dünya çempionatlarında əllə qol vururlar, amma bu qədər müzakirə olunmur. Həmin epizodu dəqiq xatırlamıram. Ola bilər ki, top əlimə toxunub. Amma istənilən halda mən əlimlə qol vurmamışam ki. Topu rahatladım və ayağımla qol vurdum. Qol futbolun gözəlliyidi. Biz bu oyunda daha çox qol vurmağa, qələbə qazanmağa borclu idik. Rəqib isə cəmi bircə qol epizodu yaratdı, onu da dəyərləndirdi”.