5 noyabr 2012 15:14
Neftçi – Rubin matçının baş hakimi bəlli oldu
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 8-də Bakıda keçiriləcək "Neftçi" - "Rubin" (Rusiya) matçının baş hakiminin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü portuqaliyalı referi Manuel Xorxe de Souza idarə edəcək.
Bu görüşdə De Souzaya kimlərin kömək edəcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, “Neftçi” – “Rubin” matçı noyabrın 8-də keçiriləcək və saat 21:00-da start götürəcək.
