5 noyabr 2012 15:48
Neftçi beş futbolçu almağa hazırlaşır
Futbol üzrə Azərbaycan çempionu “Neftçi” qış transfer pəncərəsi dövründə beş futbolçu almağa hazırlaşır. Azerisport.az saytına müsahibəsində bu barədə paytaxt klubunun çalışdırıcısı Böyükağa Hacıyev məlumat verib:
“Klub prezidenti Sadıq Sadıqov komandamızın oyununu daim diqqət mərkəzində saxlayır. O, bu yaxınlarda soruşdu ki, komandaya qış transfer pəncərəsi dövründə neçə futbolçu almaq lazımdı. Mən də dedim ki, bizə beş futbolçu lazımdı. Buna nail olsaq, yenidən avrokuboklara vəsiqə qazana və qrup mərhələsinə çıxa bilərik”.