5 noyabr 2012 16:03
Anar Salmanov: Nə üçün kiməsə görə diskvalifikasiya olunmalıyam?
Topaz Premyer Liqasının 12-ci turunun “Turan” – “Simurq” matçının baş hakimi Anar Salmanov bu qarşılaşmadakı mübahisəli epizodlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 3 qırmızı, 10 sarı vərəqə göstərdiyi qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
“Mən bütün epizodlara görə haqlıyam. Hansı qayda pozuntularını gördümsə, cavabsız qoymadım. Fərid Quliyevin qol vurduğu epizodda da əllə oyun yox idi. Üç qırmızı vərəqəyə gəlincə, bunun sayı hətta beş də ola bilərdi. Qərib İbrahimov kimdi ki, hakimi təhqir edir? Yaxud İlkin Qırtımıv? Rəqibinə dirsəklə zərbə endirir, hələ bir hakimdən də narazılıq edir. Belə futbolçuların olması Azərbaycan futbolu üçün mənfi haldı. Rasim Ramaldanova gəlincə, o, əsl peşəkar kimi davrandı. O, nəyə getdiyini bilirdi. “Turan”ın oyunçusunu yıxdı, qırmızı vərəqəni aldı və sakitcə meydanı tərk etdi”.

FİFA referisi elita təmsilçiləri arasında heç bir fərq qoymadığını deyir: “Mənim üçün Premyer Liqanın 12 iştirakçısının hamısı eynidi. Mənə onların heç nəyi lazım deyil. Mən Avropada oyunlar idarə etmiş hakiməm. Əgər kiməsə, hansısa epizoda görə göz yumsam, heç kim məni bağışlamaz. Nə üçün kiməsə görə diskvalifikasiya olunmalıyam”?
Salmanov sonda bunları dilə gətirib: “Simurq” rəhbərliyinə hörmətim var. Onların qələbə qazandığı üç oyunda yaxşı olmuşdum, indi bir heç-heçə etdikləri oyunda o dəqiqə pis oldum? Mən də insanam, səhv də edə bilərəm. Amma mən nəticəyə təsir edən səhvlərə yol vermirəm”.