5 noyabr 2012 16:28
Kurban Berdıyev: Neftçiyə əlavə məlumat vermək istəmirəm
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 14-cü turunun “Mordovya” ilə oyunundan (3:1) sonran bəyan edib ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi bütün sirrlərini açıqlamaq istəmir. Azerisport.az türkmənistanlı mütəxəssisin həmin açıqlamaları ilə sizi də tanış edir.
- “Rubin” Saranska Gökdeniz Karadenizi, Bokettini, Yeryomenko qardaşlarını, eləcə də Karlos Eduardonu gətirməmişdi. Bu, zədə ilə bağlıdı, yoxsa Avropa Liqasının “Neftçi” ilə oyunu öncəsi onlara istirahət vermisiz?
- Bizim zədəli futbolçularımız da var. Eyni zamanda süni qazonda oynamasına risk etdiyimiz futbolçularımız da az deyil.
- Boketti ilə Roman Yeryomenkonun zədəsi nə dərəcədə ciddidi? Onlar Bakıda meydana çıxa biləcəklər?
- Mən bu haqda danışmayacağam. Çünki rəqibimizə əlavə məlumat vermək istəmirəm. Bəli, zədəlilərimiz var. Amma onların Avropa Liqasının oyununda meydana çıxmasına oyun günü aydınlıq gələcək.
- Mən bu haqda danışmayacağam. Çünki rəqibimizə əlavə məlumat vermək istəmirəm. Bəli, zədəlilərimiz var. Amma onların Avropa Liqasının oyununda meydana çıxmasına oyun günü aydınlıq gələcək.
