5 noyabr 2012 16:32
Yığmamızın baş məşqçisi qovuldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vəli Qasımovla müqaviləyə xitam verilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Tərəflərin yollarını ayırmasının konkret səbəbləri açıqlanmır. Amma aydın məsələdi ki, bu, U-19 yığmamızın son uğursuzluqları ilə əlaqədardı.
Hələlik, yığmamızı bundan sonra kimin çalışdıracağı bəlli deyil.
