5 noyabr 2012 17:24

Vəli Qasımov: Məni millidən uğursuz nəticələrə görə uzaqlaşdırdılar

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Vəli Qasımov istefaya göndərilməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“İstefamın səbəbini uğursuz nəticələrlə əlaqələndirdilər. Qrupdan çıxa bilmədik, sonuncu olduq. Amma komandanın oyununu pis adlandırmaq olmaz. Onu da nəzərə almaq lazımdı ki, çox ciddi rəqiblərlə mübarizə aparırdıq. Bizim qətiyyən bəxtimiz gətirmədi”.
 
“İslandiya ilə oyunun startındaca qol buraxdıq. Gürcülərə qarşı çox pis meydançada mübarizə apardıq. Nəticədə də ancaq heç-heçə edə bildik. Xorvatlara da böyük hesabla uduzduq. Halbuki, bizi yalnız qələbə qane edirdi. Hücuma atıldığımızdan müdafiədə yaranan boşluqlar rəqibin xeyrinə işlədi”.
 
Bəs görəsən Qasımov gələcək karyerası barədə nə düşünür? “İndi ancaq istirahət etmək haqda düşünürəm. Bütün baş verənləri unutmaq istəyirəm. Ondan sonrasına baxarıq”.
 
Vəli Qasımov sonda Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçircəyi oyundan da danışıb: “Fikrimcə, sıx qrafik uğursuzluğa əsas göstərilməməlidi. Bütün Avropa bu sistemlə oynaya bilir, “Neftçi” yox? Həm də oyun təcrübəsinin çoxluğu heç bir komandaya mane olmur. Komandamız öz meydançasında yaxşı oynayır. Bu, “Neftçi”nin qrup mərhələsindəki ilk qələbəsini rəsmiləşdirməsi üçün bir şansdı. Əminəm ki, Kazan təmsilçisi Bakıya güclü heyətlə gələcək. Amma bu, rəqibdən xal almağımıza mane olmamalıdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.