5 noyabr 2012 17:30
AFFA Vəli Qasımovu Arif Əsədovla əvəzlədi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, U-19 millimiz Arif Əsədova həvalə edilib.
Məlumatı AFFA yayıb. Qeyd edək ki, bu gün yığmamızın sabiq çalışdırıcısı Vəli Qasımovla müqaviləyə xitam verilib. Buna səbəb komandamızın son uğursuzluqlarıdı.
