5 noyabr 2012 17:38
42 gündən sonra gələn qələbə
Ağdamın “Qarabağ” klubu uğursuz oyunlar seriyasına son qoyub. Azerisport.az xəbər verir ki, son 5 matçda qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri bu seriyanı Topaz Premyer Liqasının XII turunun AZAL-la qarşılaşmasında qırıb.
2:0 hesabı ilə qalib gələn ağdamlılar 42 gündən sonra 3 xal qazanıb. Ağdam təmsilçisi sonuncu dəfə 6 həftə əvvəl – sentyabrın 23-də səfərdə “Turan”ı 1:0 hesabı ilə məğlub etmişdi. Bu müddətdə “Qarabağ” ardıcıl 3 heç-heçə edib, son 2 görüşdə isəməğlub olmuşdu.
