5 noyabr 2012 19:35
Arif Əsədov yığmaya baş məşqçi təyin olunmasından danışdı
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov 19 yaşlılardan ibarət Azərbaycan yığmasının sükanı arxasına keçməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“AFFA-nın baş katibi Elxan Məmmədov məni görüşə dəvət etdi. Görüş zamanı o, AFFA prezidenti Rövnəq Abdullayevin adından mənə U-19-un baş məşqçisi olmağı təklif etdi. Bildirdi ki, Vəli Qasımovla müqavilənin müddəti başa çatıb və onun yerində məni görmək istəyirlər. Müqavilənin bütün detalları sabah müzakirə olunacaq və rəsmiləşəcək. Mən həmişə demişəm ki, həm futbolçu, həm də məşqçi kimi yığmada olmaq böyük şərəfdi. Bunun aşağı yaş qruplarından ibarət yığmada və ya əsas millidə olması isə o qədər də ciddi fərq etmir”.