5 noyabr 2012 11:37

Bakıda nələr baş verir?

Məlum olduğu kimi, “Bakı” rəhbərliyi komandanın cari mövsümdəki çıxışından kəskin narazıdı. Azerisport.az xəbər verir ki, komanda Topaz Premyer Liqasının 12-ci turundan sonra 10 xalla 11-ci yerdə qərarlaşıb.
 
Düzdü, “zolaqlılar” rəqiblərindən iki oyun az keçirib. Amma bu, bütövlükdə ümumi mənzərəni dəyişmir və komandanın təxirə salınan görüşləri qələbə ilə başa vuracağına da zəmanət verən yoxdu. Geridə qalan 10 oyunda komanda cəmi bir qələbə qazanıb. Daha iki görüşdə məğlub olan paytaxt təmsilçisi mövsümdə rekord sayda – 7 dəfə heç-heçə edib.
 
Artıq baş məşqçi Bojidar Bandoviç də klub prezidenti Hafiz Məmmədovun onun işindən narazı olduğunu başa düşür. Bu üzdən də o, komandada ciddi dəyişikliklər etməyə hazırlaşır. Belə ki, əgər serbiyalı mütəxəssis qışa qədər postunda qalsa, ən azı doqquz futbolçunu komandadan uzaqlaşdıracaq. Bandoviç “Bakı”nın uğursuzluqlarında əsas günahkar hesab etdiyi futbolçuların siyahısını da müəyyənləşdirib. Onların arasında həm yerli, həm də legioner futbolçular yer alır. Lakin yanvar ayına qədər Bandoviç komandasını turnir cədvəlində irəli apara bilməsə, onun özünün də postu ilə vidalaşması qaçılmaz olacaq.
 
Bu arada klub rəhbərliyi komandanın üzvlərinə mətbuatla ünsiyyəti qadağan edib. Bu barədə xəbərdarlığı klubun vitse-prezidenti Zeynal Məmmədov edib. Bu üzdən futbolçular zənglərə cavab vermirlər. Son günlərdə “Bakı”da maaşların gecikdirilməsi ilə də bağlı xəbərlər yayılmaqdadı. Amma bu, heç də klubda maliyyə problemlərinin olmasından xəbər vermir. Güman ki, bu, sadəcə futbolçuları uğursuz çıxış müqabilində cəzalandırmaq məqsədilə atılan bir addımdı.
 
“Bakı”da daha ciddi islahatların həyata keçirilməsi, klubun strategiyasının dəyişməsi də istisna olunmur. Belə ki, hazırda komandanın heyətində əksəriyyət təşkil edən legionerlərdən narazılıq böyükdü. Bu üzdən də onların heyətdən kənarlaşdırılması, aşağı yaş qruplarında yer alan gənc futbolçuların əsas komandaya cəlb olunması variantı nəzərdən keçirilir. Bir sözlə, “zolaqlılar” strategiyalarını dəyişməyi hədəfləyiblər. Hər halda dekabrın əvvəlində klubun bu dəyişikliyə gedib-getməyəcəyi tam dəqiqləşəcək. Məhz həmin vaxt Bandoviçin də taleyinə tam olaraq aydınlıq gəlməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.