5 noyabr 2012 12:34

Qəbələnin 200-cü qolu

Topaz Premyer Liqasının 12-ci turu tarixə “Qəbələ”nin Premyer Liqada yubiley - 200-cü qolunu vurması ilə düşdü. Azerisport.az xəbər verir ki, bu qarşılaşmayadək güclülər dəstəsində 183 oyuna 199 qol vuran “Qəbələ” “Neftçi” ilə matçda rəqib qapısından əvvəl 200-cü, sonra 201-ci topu keçirdi.
 
Yubiley qolunun müəllifi isə Lourival Assis oldu.
 
“Qəbələ”nin bütün yubiley qolları
1-ci qol - 2006/07 mövsümü
Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1
50-ci qol - 2007/08 mövsümü
Əli İsmayılov - 18.05.2008. Qəbələ - Masallı - 1:1
100-cü qol - 2009/10 mövsümü
Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0
150-ci qol - 2011/12 mövsümü
Viktor Mendi - 11.09.2011. Qəbələ - Turan (Tovuz) - 2:1
200-cü qol - 2012/13 mövsümü
Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1
 
Premyer Liqada 7-ci mövsümünü keçirən “Qəbələ” qollarından 109-nu öz meydanında, 92-ni səfərdə vurub. Komandanın mövsüm üçün rekordu isə  ötən mövsüm olub – 43 qol.
 
“Qəbələ”nin qolları mövsümlər üzrə
 
2006/07 – 17
2007/08 – 33
2008/09 – 28
2009/10 – 36 (təsnifatda 24+ “altılıq”da 12)
2010/11 – 31 (təsnifatda 19+ “altılıq”da 12)
2011/12 – 43 (təsnifatda 27+ “altılıq”da 16)
2012/13 – 13 (təsnifatda 13)
 
“Qəbələ”nin Premyer Liqada vurduğu 201 qola komandanın 54 üzvü imza atıb. Onların vurduğu 199 topla yanaşı daha 2 dəfə rəqib oyunçuları avtoqola üzülüblər. “Qəbələ”nin Premyer Liqada ən yaxşı bombardiri Deon Bartondur. “Neftçi” ilə oyunda 2-ci qolun müəllifi olan Luiz Paulo Hilario isə bombardirlər siyahısında 2-ci yerə şərik olub.  Ən yaxşı 10 bombardir siyahısında isə 11 futbolçu var. Çünki 4 futbolçu eyni sayda qol vurub.
“Qəbələ”nin Premyer Liqadakı bombardirləri
1. Deon Barton - 15
2-4. Luiz Paulo Hilario - 11
Kənan Kərimov - 11
Vitali Balamestnı - 11
5. Yannik Kamanan - 10
6. Viktor Mendi - 9
7. Farzad Hatəmi - 8
8-11. Samir Zərgərov - 7
Kristian Torres - 7
Turnike Aptsiauri - 7
Tomaş Stolpa - 7
 
“Qəbələ” Premyer Liqadakı qollarından çoxunu Ramiz Məmmədovun baş mş.qçiliyi dövründə vurub – 115. Toni Adams 43, Fatih Kavlak 38 dəfə komandanın qoluna sevinib. Faiq Cabbarov isə cəmi 5 dəfə belə hadisəyə sevinib.
 
Premyer Liqada 21 komanda ilə qarşılaşan “Qəbələ” bütün rəqiblərinin qapısından qol keçirə bilib. Daha çox qol vurulan 3 rəqibin hərəsinə 17 top  vurulub. “Neftçi” ilə matçda daha 1 qol vurulacağı halda bakılılar da həmin 3-lüyə qoşulacaqdı.
“Qəbələ” qollarını kimə vurub?
Simurq (Zaqatala), Muğan (Salyan), Qarabağ (Ağdam) – hərəsinə 17
Neftçi (Bakı) - 16
Turan (Tovuz) - 15
Karvan (Yevlax), Xəzər Lənkəran – hərəsinə 13
İnter (Bakı), Bakı - hərəsinə 12
Gənclərbirliyi (Sumqayıt) - 11
MOİK (Bakı), Sumqayıt, AZAL (Bakı) - hərəsinə 9
Standard (Sumqayıt) - 8
Rəvan (Bakı) - 7
Kəpəz (Gəncə) - 5
Bakılı, ABN-Bərdə - hərəsinə 4
Şahdağ (Qusar), Masallı, MKT-Araz (İmişli) - hərəsinə 1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.