6 noyabr 2012 12:57

Cavid Hüseynov: Millidəki çıxışım karyerama az təsir göstərmir

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Adana Demirspor” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov azerisport.az saytına müsahibəsində komandasının və özünün çıxışından, eləcə də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizin Şimali İrlandiyaya qarşı keçirəcəyi oyundan danışıb.
 
- “Ankaragücü” üzərində qazandığınız qələbə (4:1) komandanızı beşinci etdi...
- Bu, bizim ardıcıl beşinci qələbəmiz idi. Çempionatda hələ belə seriyası olan klub yoxdu. Komandamız son dövrlər çox artırıb. Son turda isə autsayderə qarşı oynayırdıq. Nəticəyə baxmayaraq, çətin oyun oldu.
 
- Komandanızın Super Liqaya çıxmaq uğrunda mübarizə aparması realdı?
- Qarşıda hələ çox oyun var. Çox şey dəyişə bilər. Amma “Adana Demirspor” Super Liqaya çıxmaq üçün mübarizə apara bilər. Yaxşı kollektivimiz var.
 
- Bəs Rail Məlikovun çıxış etdiyi “Denizlispor”da nə baş verir?
- Bir neçə tur öncə onlar bizim mövqeyimizdə idilər. Ola bilər ki, müəyyən vaxtdan sonra onlar yenidən turnir cədvəlində irəliləsinlər.
 
- Son oyunlarda az forma geyməyinizə səbəb nədi?
- Yığmaya tez-tez çağırılmağım mənə mane olur. Məsələn, noyabrın 11-də bizim oyunumuz var. Amma millinin toplanışına görə həmin görüşü buraxmalı olacağam. Bu üzdən üç oyunu buraxmışam. Meydana çıxdığım oyunlarda isə etimadı doğrultduğumu düşünürəm. 9-cu turda sonradan meydana çıxdım, qol ötürməsi etdim, 3:2 qazandıq. Buna baxmayaraq, hələ məni start heyətdə görmürlər.
 
- Yığmanı klubunuza qurban vermək istəmirsiz?
- Millidən imtina etmək istəmirəm. Yığmadakı çıxışım karyerama az təsir göstərmir.

- Qarşıdan Şimali İrlandiya ilə oyun gəlir...
- Hazırlaşmalı olacağıq. Bizi çətin oyun gözləyir. İki məğlubiyyətlə üzləşmişik. Artıq xal qazanmaq vaxtıdı.

- Çətin olmayacaq? Axı bu görüşdə Kamran Ağayev, Rəşad Sadıqov kimi aparıcı futbolçular olmayacaq...
- Heyətlə bağlı itkilərə baxmayaraq, qarşımıza maksimum hədəf qoyulub. Biz kollektiv futbol sərgiləməyə çalışırıq. Komandaya inanmaq lazımdı. Fikrimcə, Anar Nəzirov Ağayevi layiqincə əvəzləyə bilər. O, son dövrlər “Qəbələ”də pis çıxış etmir.
 
- Keçmiş komandanızın – “Neftçi”nin çıxışını izləyə bilirsiz?
- İmkan olduqca internetlə izləyirəm. Komandanı son məğlubiyyətlərə görə ittiham etmək çətindi. Çünki onlar ölkəmizi Avropa Liqasında təmsil edirlər. Amma zamanla bu çətinlikləri arxada qoyacaqlarına inanıram. Yəqin ki, yorğunluq sözünü deyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.