6 noyabr 2012 00:42

Maykl O`Nil: Azərbaycanla matç mütləq qələbə qazanmalı olduğumuz bir oyundu

Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi komandasının heyətində əl atdığı dəyişikliklərə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, millimizlə görüş ərəfəsində bir sıra dəyişikliklərə əl atdığı heyətdə 24 futbolçuya yer ayırıb ki, onların da heç biri Şimali İrlandiya çempionatında çıxış etmir.
 
“Həmişə heyətdə yer alan futbolçulardan hansını oynadıb, hansını ehtiyatda saxlamaqla bağlı seçim etmək lazım gəlir. Düzdü, bəzi futbolçuları bu dəfə yığmaya çağırmadıq. Bu, heç də onların yalnız zədəli olmaları və ya son oyunlarda iştirak etməmələri ilə bağlı deyil. Sadəcə, Portuqaliyadakı oyunda gördüklərimizə əsasən də müəyyən nəticələr çıxarmışıq. Qarşıda bizi vacib oyun gözləyir. Azərbaycanla matç mütləq qələbə qazanmalı olduğumuz bir oyundu”.
 
O`Nil hazırda Şimali İrlandiya yığmasında böyük rəqabətin olduğunu da xüsusi vurğulayıb: “Artıq mənim çox geniş seçim imkanım var. Hazırda oyuna hansı futbolçularla başlamaq, hansıları ehtiyatda saxlamaq üstündə düşünürəm. Hərdən futbolçular taktiki gedişlər səbəbindən ehtiyatda qalmalı olurlar. Qarşıdakı oyunda qələbə qazanmağı hədəfləmişik. Bu üzdən də hücumda daha fəal oynamağımız mütləqdi. Belə olan halda ilk qələbəmizi qazanmaq asan olacaq. İnanıram ki, qazanacağımız qələbə qarşıdakı mübarizədə də komandaya müsbət təsir göstərəcək”.
 
Şimali İrlandiya yığmasının çalışdırıcısı yetirmələrinin artırdığını iddia edir: “Mənə elə gəlir ki, bizdə artıq komandanın özəyi hazırdı. Komandaya həmişə ümid bəsləyə biləcəksiz. Sadəcə, bu futbolçulara beynəlxalq arenada inkişaf üçün vaxt lazımdı. Portuqaliya kimi rəqiblərlə görüşlər bu yolda bizə çox kömək edir. Axı Nayal, Rayan, Korri, Oliver kimi oyunçularımız üçün məhz portəgizlərlə görüş ilk belə təcrübəydi”.
 
Qeyd edək ki, Şimali İrlandiya noyabrın 14-də Belfastda keçiriləcək Azərbaycanla oyunda aşağıdakı heyətlə mübarizə aparacaq:
 
Futbolçu
Klubu
Təvəllüdü
Ampluası
Millidə oyun
Qol
Roy Kerroll
Olympiacos
30.09.77
Q
24
Alan Mannus
St. Johnstone
19.05.82
Q
4
Maykl Makqovern
Falkirk
12.07.84
Q
1
Aaron Hyus
Fulham
08.11.79
M
83
Rayan Makqivern
Manchester City
08.01.90
M
19
Conatan Evans
Manchester United
03.01.88
M
32
1
Kreyq Katkart
Blackpool
06.02.89
M
12
Qaret Makoli
West Bromwich Albion
05.12.79
M
39
2
Aleks Bryus
Hull City
28.09.84
M
-
Kris Beyrd
Fulham
25.02.82
Y/M
60
Stiven Devis
Southampton
01.01.85
Y/M
56
4
Oliver Norvud
Huddersfield Town
12.04.91
Y/M
9
Korri Evans
Hull City
30.07.90
Y/M
18
1
Nayal Makqinn
Aberdeen
20.07.87
Y/M
19
1
Pet Makkurt
Celtic
16.12.83
Y/M
10
2
Kris Brant
West Bromwich
14.12.84
Y/M
39
1
Şeyn Ferqyuson
Newcastle United
12.07.91
Y/M
5
1
Qrant Makkeyn
Peterborough United
15.04.80
Y/M
39
4
Devid Hili
Bury
05.08.79
H
93
35
Din Şils
Rangers
01.02.85
H
13
1
Kayl Lafferti
Sion
16.09.87
H
34
9
Uill Qriqq
Walsall
03.07.91
H
1
Ceymi Uord
Derby County
12.05.86
H
4
Endryu Littl
Rangers
12.05.89
H
9


 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.