6 noyabr 2012 13:09
AFFA Ramiz Məmmədovu 1, Simurqun futbolçularını 4 oyunluq cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qəbələ” – “Neftçi” matçının 89-cu dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Turan” – “Simurq” matçında “Sumurq”un 7, “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 63-cü dəqiqəsində “Simurq”un futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 80-ci dəqiqəsində “Simurq”un futbolçusu Qərib İbrahimov hakimi təhqir etdiyinə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Simurq”un futbolçusu İlkin Qırtımov aqressiv hərəkətə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.
