6 noyabr 2012 13:17
Qarabağ Simurqla oyunun hazırlıqlarına sabahdan başlayacaq
“Qarabağ” sabahdan məşqlərə başlayacaq. Azerisport.az xəbər verir ki, noyabrın 18-də “Simurq”la qarşılaşacaq Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov AZAL-la baş tutan oyundan sonra komandaya 2 günlük istirahət vermişdi.
Milli oyunlarla əlaqədar olaraq yaranacaq fasilə müddətində “Qarabağ” hazırlıqlarını tam heyətlə yerinə yetirə bilməyəcək. Çünki milli üzvü olan futbolçular yığmaların heyətinə yollanıb.
