6 noyabr 2012 13:22
Əvəzedici heyətlərin də cəzası açıqlandı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qəbələ” – “Neftçi” matçının 61-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Sadiq Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Anar Babazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyundan əvvəl keçirilən iclasda “Rəvan”ın nümayəndəsi iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.
“Sumqayıt” – “İnter” matçının 44-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Evgeni Jukov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
