6 noyabr 2012 01:14
Azərbaycan çempionatında faciə
Futbol üzrə Azərbaycan çempionatında faciə baş verib. Azerisport.az xəbər verir ki, ötən gün U-17 liqasında keçirilən “Bakı” – “Qəbələ” matçında ölüm hadisəsi qeydə alınıb.
Belə ki, oyunun ilk yarısının sonlarında qonaq komandanın baş məşqçisi Eldəniz Süleymanov ürək tutmasından dünyasını dəyişib. Bununla bağlı “Qəbələ” klubu məlumat yayıb. Məlumatda bildirilir ki, “Qəbələ” Futbol Akademiyasının məşqçisi Eldəniz Süleymanov infarkt nəticəsində dünyasını dəyişib.
1975-ci il avqustun 29-da Naxçıvanda anadan olan Süleymanov futbolçu karyerası boyunca “Arsenal” (Tula), “Stroitel”, “Jemçujina” (hamısı Rusiya), “Azəri”, “Kəpəz”, “Araz”, AMMK və “Qəbələ” kimi klubların şərəfini qoruyub.
Eldəniz Süleymanov karyerasını “Qəbələ”də bitirib və burada da məşqçilik fəaliyyətinə başlayıb. O, Akademiyada U-17 komandasına rəhbərlik edirdi. Allah rəhmət eləsin!
