6 noyabr 2012 13:44
Təbriz Həsənov: Kənardan bu, AFFA-nın cəzası kimi görünə bilər
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Təbriz Həsənov təyinatına münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində U-17 millimizin sabiq çalışdırıcısı bunları dilə gətirib:
“Kənardan bu, U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində uğursuz çıxışına görə AFFA-nın cəza tədbiri kimi görünə bilər. Amma əslində mənə daha məsuliyyətli iş həvalə olunub. Çünki mənə ölkəmizdə keçiriləcək AÇ-2016 üçün komanda formalaşdırmaq tapşırığı verilib. Yaxşı futbolçular yığıb, hazırlaşmalı olacağıq”.

U-15-in yeni çalışdırıcısı 17 yaşlılardan ibarət yığmamızın uğursuz çıxışından da danışıb: “Biz həqiqətən də güclü qrupa düşmüşdük. Polşa, Bolqarıstan, İspaniya kimi güclü yığmalarla mübarizə aparırdıq. Təəssüf ki, onlarla bacarmadıq”.