6 noyabr 2012 13:53
AFFA baş məşqçini beş oyunluq cəzalandırdı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Şuşa” – “Lokomotiv” matçında “Lokomotiv”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində “Şuşa”nın futbolçusu Fərid Quliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Neftçala” – “Qala” matçının 73-cü dəqiqəsində “Qala”nın futbolçusu Fərid Haqverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 79-cu dəqiqəsində “Qala”nın futbolçusu Samir Mustafayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Göyəzən” – “Energetik” matçının 89-cu dəqiqəsində “Energetik”in futbolçusu Orxan Əlibalayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
