6 noyabr 2012 14:01
Hakimə qarşı fiziki təsirə görə 10 oyunluq cəza!
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futzal üzrə Azərbaycan çempionatının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Ekol” – PSL matçının 15-ci dəqiqəsində “Ekol”un futbolçusu Elnur Qəmbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 32-ci dəqiqəsində PSL-in futbolçusu Orxan Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
“Baku Fire” – “Neftçi” İSM matçının 12-ci dəqiqəsində “Neftçi” İSM klubunun futbolçusu İsa Atayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. “Baku Fire” klubunun futbolçusu Bəhruz Zeynalov hakimə qarşı fiziki təsir göstərdiyi üçün 10 oyunluq cəzalanıb.
“Turan” – “Disput” matçının 40-cı dəqiqəsində “Disput”un futbolçusu Ceyhun İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
“Kinq” – “Veqa” matçının 37-ci dəqiqəsində “Kinq”in futbolçusu Rəşad Atakişiyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
“İnci” – “Şuşa” matçının 7-ci dəqiqəsində “Şuşa”nın futbolçusu Tofiq Aslanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Futzal üzə həvəskarlar arasında ölkə birinciliyinin “Adıgün” – “Qaraçala” matçının 52-ci dəqiqəsində “Adıgün” klubunun futbolçusu Bəxtiyar Bayraqdarov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Oyunun 82-ci dəqiqəsində “Qaraçala”nın futbolçusu Xətai Bağırov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
