6 noyabr 2012 14:24
AFFA altı komandaya texniki məğlubiyyət verdi
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə U-14, U-13, U-11 Liqalarının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
UGİM (Göygöl) – UGİM (Goranboy) matçının 17-ci dəqiqəsində UGİM (Goranboy) klubunun futbolçusu Vüqar Quliyevlə UGİM (Göygöl) klubunun futbolçusu Seymur Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 4 oyunluq cəzalanıb.
ROİL – “Bakı 008” matçında “Bakı 008” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
UGİM (Ağdaş) – UGİM (Oğuz) matçında UGİM (Ağdaş) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Vətən” – “Lokomotiv” matçının 16-cı dəqiqəsində “Lokomotiv”in futbolçusu Vüsal Həmidov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdığı üçün 3 oyunluq cəzalanıb.
UGİM (Beyləqan) – “MKT Araz” matçının 31-ci dəqiqəsində UGİM klubunun futbolçusu Zaur Quliyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdığı üçün 3 oyunluq cəzalanıb.
UGİM (Ağsu) – UGİM (Göyçay) matçının 32-ci dəqiqəsində UGİM (Ağsu) klubunun futbolçusu Bahadur Azadov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdığı üçün 1 oyunluq cəzalanıb.
U-13 Liqasının UGİM (Şəki) – UGİM (İsmayıllı) matçında UGİM (İsmayıllı) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Xızı” – UGİM (Quba) matçında UGİM (Quba) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasının UGİM (Şəki) – UGİM (Oğuz) matçında UGİM (Oğuz) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
UGİM-1 (Sumqayıt) – “Məktəbli” matçında “Məktəbli” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
