6 noyabr 2012 15:37
Vaqif Cavadov: İnanıram ki, Belfast səfərimiz uğurlu alınacaq
“Qarabağ”ın yarımmüdafiəçisi Vaqif Cavadov Topaz Premyer Liqasının 12-ci turunun AZAL-la oyunundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- AZAL üzərindəki qələbənizlə bağlı nə deyə bilərsiz?
- Bizim üçün çox çətin oldu. Şadam ki, uğursuz seriyaya AZAL kimi rəqiblə qarşılaşmada son qoyduq. Fikrimcə, çox yaxşı oynadıq. Amma bu qələbə bizi arxayınlaşdıra bilməz. Hələ heç nəyə nail olmamışıq.

- Bununla həm də ilk dövrədə aldığınız 2:6 hesablı məğlubiyyətin qisasını almış oldunuz...
- Bu da az əhəmiyyət daşımırdı. Həmin oyundan fərqli olaraq biz bu dəfə rəqibə heç bir şans vermədik. Komandamızı və azarkeşlərimizi təbrik etmək istəyirəm. Şadam ki, özüm də bu oyunda qol vura bildim. Komandanın qələbəsində yaxından iştirak etmək həmişə xoşdu.
- “Qarabağ” məhz AZAL-a həmin yenilgidən sonra pis oynamağa başlamışdı. İndi gözləmək olar ki, bu qələbədən də sonra hər şey yaxşıya doğru dəyişəcək?
- Buna ümid edirəm. Komandamız liderlər qrupunda olmalıdı. Çünki biz ən yüksək yerlər uğrunda mübarizə aparırıq. Fikrimcə, qələbə qazanmağa davam etsək, daha da irəliləyə bilərik.
- Buna ümid edirəm. Komandamız liderlər qrupunda olmalıdı. Çünki biz ən yüksək yerlər uğrunda mübarizə aparırıq. Fikrimcə, qələbə qazanmağa davam etsək, daha da irəliləyə bilərik.
- Qarşıda yığmanın oyunu ilə əlaqədar fasilə var...
- Fasiləyə qələbə ilə getmək çox xoşdu. Məşqçilər üçün də problemləri həll etməyə vaxt olacaq. Biz futbolçular isə Şimali İrlandiya ilə oyuna hazırlaşmalıyıq. İnanmaq istərdim ki, səfərimiz uğurlu alınacaq.

- Amma yığmanın oyunlarından sonra adətən “Qarabağ” uğursuz çıxış edir...
- Ümid edirəm ki, bu dəfə elə olmayacaq. “Simurq” ciddi rəqibdi. Amma biz öz meydanımızda qələbə qazanmalıyıq.
- Yeri gəlmişkən, son oyunlarda əsas heyətdə görünməməyiniz nə ilə bağlıdı?
- Bu suala mən cavab verə bilmərəm. Yaxşısı budu baş məşqçiyə sual verin. Mən həmişə komandaya kömək etməyə hazıram. Oyun planında heç bir problemim yoxdu.
- Bu suala mən cavab verə bilmərəm. Yaxşısı budu baş məşqçiyə sual verin. Mən həmişə komandaya kömək etməyə hazıram. Oyun planında heç bir problemim yoxdu.