6 noyabr 2012 16:54
Qəbələnin futbolçusu Sloveniya yığmasına çağırıldı
Futbol üzrə Sloveniya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, sloveniyalıların baş məşqçisi komandaya Azərbaycan Premyer Liqasından da futbolçu çağırıb.
Bu, Deyan Kelhardı. “Qəbələ”nin müdafiəçisi Makedoniya ilə oyunda iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, Sloveniyanın Makedoniya ilə oyunu noyabrın 14-də Skopyedə keçiriləcək.
