6 noyabr 2012 17:50
Öncə Kurban Berdıyev, sonra Böyükağa Hacıyev
8.11.2012 tarixində baş tutacaq "Neftçi" - "Rubin" matçından bir gün əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda hər iki klubun mətbuat konfransı və açıq məşqi baş tutacaq. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, öncə "Rubin"in mətbuat konfransı baş tutacaq. Kurban Berdıyev jurnalistlər önünə 17:30-da çıxacaq. Komandanın 18:00-da başlayacaq məşqinin isə ilk 15 dəqiqəsi açıq olacaq.
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı isə 19:30-da başlayacaq. 20:30-da start götürəcək məşqin ilk 15 dəqiqəsi açıq olacaq.
