7 noyabr 2012 00:27
Sumqayıtın daha bir oyunçusu Hollandiya klubuna keçə bilərmiş
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Sumqayıt”ın futbolçusu Orxan Əliyev Portuqaliyanın “Porto” klubunda baxışdadı. Azerisport.az xəbər verir ki, hələlik onun sözügedən komanda ilə danışıqlarının baş tutub-tutmayacağı bilinmir.
Ötən il isə “Sumqayıt”ın daha bir futbolçusu karyerasını xaricdə davam etdirmək şansına malik imiş. Bu, yarımmüdafiəçi Abdulla Abatsiyevdi. O, Hollandiya klublarından birində baxışda olub. Amma sonda tərəflərin danışıqları alınmayıb.
Qeyd edək ki, Abatsiyev hazırda Bakı “İnter”ində çıxış edir.
