8 noyabr 2012 22:48

Neftçi Rubinə yenə minimal hesabla uduzdu (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.
 
Təmsilçimiz bu dəfə Rusiya “Rubin”i ilə cavab görüşündə qüvvəsini sınayıb. Kazan klubu doğma meydanda “Neftçi”ni məğlub etmişdi – 1:0. Bu üzdən də “ağ-qaralar” Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazanmaqla ruslardan qisasını almağı hədəfləmişdi.
 
Lakin çox təəssüf ki, komandamız bu istəyinə çata bilməyib. Əksinə, Rusiya klubu ilk oyunda olduğu kimi, yenə minimal hesablı qələbəyə sevinib.
 
Avropa Liqası
H qrupu
8 noyabr

NEFTÇİ – RUBİN - 0:1 (0:1)
Qol: Dyadyun, 16 (0:1)
Baş hakim: Manuel de Souza (Portuqaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
2. Flavinyo rəqib müdafiəçinin kobud səhvindən sonra qapıçı ilə üz-üzə qalsa da, zərbəsi qapıdan azca yan keçir
3. Komandamızın növbəti hücumu zamanı rəqib qapıçı topa sahib çıxır
7. "Rubin"in təhlükəli hücumu zamanı komandamızın bəxti gətirir
10. Qonaqlar cərimə zərbəsi qazansalar da, müdafiəçilər topu uzaqlaşdırırlar. Təkrar zərbə zamanı Stamenkoviç topu tutur
14. "Rubin"in təhlükəli hücumu zamanı Saşa topa sahib çıxır
16. Rusiya təmsilçisi korner qazanır: Dyadyun dəqiq baş zərbəsi ilə hesabı açır - 0:1
19. Kanales yaxın məsafədən topu qapıya göndərə bilmir
20. Bertuççinin uzaqdan zərbəsi qapıdan yan keçir
21. "Rubin" ikinci qolu vurmağa yaxın olsa da, komandamızın bəxti gətirir
23. R.Sadiqov təhlükəli nöqtədə rəqib futbolçunu yıxdığı üçün sarı vərəqə alır
24. Natxonun cərimə zərbəsi canlı səddən qayıdır
30. Komandamız hücumda hələ ki, istədiyi oyunu sərgiləyə bilmir
34. Rondon təhlükəli hücumu qeyri-dəqiq baş zərbəsi ilə tamamlayır
36. "Neftçi" korner qazanır: Mahirin cərimə meydançasına asmasını qapıya göndərmək mümkün olmur
40. Komandamız cərimə zərbəsindən yaxşı yararlana bilmir
43. E.Ramos gərəksiz yerə hakimlə mübahisə etdiyi üçün sarı vərəqə ilə cəzalanır. Təəssüf ki, bu, onun ikinci sarı vərəqəsi olduğundan "Partizan"la növbəti oyunu buraxmalı olacaq
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Bertuççinin təhlükəli zərbəsi qapıdan yan keçir
50. Natxo sarı vərəqə ilə cəzalanır
51. Bertuççinin çox qüvvətli cərimə zərbəsini son anda Rıjikov kornerə çıxarır
51. Korner zamanı yenə Bertuççinin zərbəsi qapıdan yan keçir
53. "Neftçi"də ilk dəyişiklik: E.Mehdiyevi A.Abdullayev əvəzləyir
55. Ansaldi də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
57. R.Sadiqovun əvəzində meydana M.Seyidov çıxır
59. "Neftçi"nin müdafiəçiləri kobud səhvdən yararlanan Rondon qapıçını da arxada qoysa da, zərbəsi tirdən dönür
60. Qonaqların təhlükəli əks-hücumu zamanı Dyadyunun zərbəsini Stamenkoviç kornerə çıxarır
61. Korner zamanı Saşa növbəti dəfə təhlükəli zərbəni qapı xəttindən çıxarır
62. G.Karadenizin zərbəsini Stamenkoviç tutur
67. Komandamız kornerdən yararlana bilmir
70. "Neftçi" daha bir korneri boşa verir
72. M.Seyidov sarı vərəqə alır
77. "Rubin"də ilk dəyişiklik: Dyadyunu S.Davıdov əvəzləyir
80. Kazan təmsilçisi ilk oyunda olduğu kimi, bu görüşdə də güclü pressinqlə "Neftçi"yə öz oyununu sərgiləməyə imkan vermir
80. Rondonu R.Yeryomenko əvəzləyir
81. Arazın zərbəsi qapıdan yan keçir
82. Bertuççinin də zərbəsi dəqiq olmur
83. A.Kasayevi G.Töre əvəzləyir
85. "Neftçi" cərimə zərbəsi qazanır: Bertuççinin zərbəsini qapıçı tutur
89. M.Şükürovu E.Yunuszadə əvəzləyir
90. Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 11. Nikolas Kanales, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 32. Elvin Yunuszadə, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 8. Elşən Abdullayev, 21. Kamil Nurəhmədov.
RUBİN: 1. Sergey Rıjikov, 3. Kristian Ansaldi, 4. Sezar Navas (k), 19. Vitali Kaleşin, 25. İvan Markano, 6. Pablo Orbais, 10. Alan Kasayev, 61. Gökdeniz Karadeniz, 66. Bebras Natxo, 22. Vladimir Dyadyun, 99. Xose Rondon.
Ehtiyat oyunçular: 24. Qedryus Arlauski, 2. Oleq Kuzmin, 76.  Roman Şaronov, 11. Karlos Eduardo, 23. Roman Yeryomenko, 55. Gökhan Töre, 9. Sergey Davıdov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.