6 noyabr 2012 11:46

Böyükağa Hacıyev: İstefa verməyə hazırlaşmıram

Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının qrup mərhələsində Rusiya “Rubin”inə qarşı keçirəcəklərri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi” son dörd oyunundan üçündə məğlub olub. Komandada nə baş verir?
- Komandam çox yorulub. Futbolçuların əksəriyyəti iki cəbhədə mübarizə aparır. 10 günə dörd oyun keçirmək çox çətindi. Məsələn, “Rəvan”la oyundan sonra Julius Vobay mənə yaxınlaşıb bildirdi ki, ona istirahət lazımdı. Axı o, “Neftçi” ilə yanaşı ölkəsinin yığmasında da çıxış edir. O, Syerra-Leoneyə gedib çıxmaq üçün dörd təyyarə dəyişir. Hələ “Neftçi” ilə səfərlərini demirəm.
 
- Yəni futbolçular bərpa ola bilmirlər?
- APOEL-lə oyundan sonra biz “Qarabağ”a uduzduq. “Partizan”la görüşdən sonra “Sumqayıt”a yenildik. “Rubin”lə matçdan sonra da “Rəvan”a. Mən Avroliqadakı hər oyundan sonra ilk növbədə futbolçularıma necə istirahət vermək barədə düşünürəm. Komandada layiqli ehtiyat qüvvə də yoxdu.

- Bəs əvəzedici heyət?
- Orda perspektivli uşaqlar var. Amma biz indi birdən-birə onlara əsas heyətdə şans verə bilmərik. Emin Mehdiyev “Qəbələ”yə qarşı oynadı və kifayət qədər yaxşı təsir bağışladı. Flavinyo, Erik Ramos, Nikolas Kanales, İqor Mitreski, Mahir Şükürov istirahətsiz oynayır. Elvin Yunuszadə ilə Araz Abdullayevin çıxışı isə məyus etməyə bilməz. Bahodir Nasimovun, Cavid İmamverdiyevin, Rodriqinyonun yoxluğu da az təsir göstərmir.

- İmamverdiyevin durumu necədi?
- O, təxminən iki həftə sonra meydana dönə biləcək. Amma “Rubin”ə qarşı oynamayacağı dəqiqdi.
 
- Siz artıq “Rubin”lə oyunun hazırlıqlarına başlamısız?
- Bəli. Lakin mən hələ standart məşq keçə bilmirəm. Bizim hazırlıqlar adətən 1 saat davam edir. Amma indi 35-45 dəqiqəlik məşqlərlə kifayətlənirik.
 
- Komandanın həkimləri ilə danışırsız?
- Bəli, futbolçuların durumu hər an diqqət mərkəzimizdədi. İndi “Qəbələ”yə məğlubiyyəti unutmaq haqda düşünürük. Hamı qələbə qazanmaq istəyir. Amma hərdən elə olur ki, alınmır. Buna baxmayaraq “Neftçi”nin hələ də şansı var və öz oyunumuzu sərgiləməyə davam etməliyik.
 
- Bunu vaxtında düşünüb, 3-4 əlavə futbolçu almaq olmazdı?
- Klub prezidenti Sadıq Sadıqov bir neçə dəfə məndən komandaya futbolçu lazım olub-olmadığını soruşub. Mən “yox” demişəm. Çünki transfer barədə öncədən düşünmək lazımdı. Hər bir yeni futbolçu üçün 3-4 ay vaxt lazım gəlir ki, komandaya normal uyğunlaşa bilsin. Avroliqanın qrup mərhələsinə düşəndən sonra aldığımız futbolçular bizim üçün faydalı olmaya bilərdi.
 
- “Rubin”lə oyunda nəyə ümid edirsiz?
- Mən uduzmağı sevmirəm. “Rubin”lə oyunda ancaq qələbə üçün çalışacağıq. Mən bu komandanın “Mordoviya” ilə oyununa baxmamışam. Amma bilirəm ki, Kazan təmsilçisi Bakıda da özünü göstərməyə çalışacaq. Berdıyevin heyətlə bağlı heç bir problemi yoxdu. O, hər oyuna 5-6 fərqli heyət çıxara bilər.
 
- “Rəvan”la oyundan sonra niyə istefa verdiniz?
- Siz mənim istefa verdiyimi harda görmüsüz? Belə bir şey olmayıb. Mən getməyə hazırlaşmıram. İstefam üçün səbəb də yoxdu. Nə də “Neftçi” ilə müqaviləmdə elə bir bənd yoxdu ki, bütün qarşılaşmalarda qələbə qazanmalıyam. Mən “Neftçi”nin sükanı arxasındayam və bu komandanın uğurları üçün əlimdən gələni edirəm.
 
- Mətbuatda sizin Portuqaliyadan qapıçı gətirməyə hazırlaşdığınız haqda məlumatlar yayılıb. Saşa Stamenkoviçdən narazısız?
- Stamenkoviç əla qapıçıdı. Lakin ona əvəzləyici də lazımdı. Emil Balayev perspektivlidi. Amma “Neftçi”yə daha təcrübəli qapıçı lazımdı. Komandamıza həqiqətən də yeni qapıçı gəlib. O, vaxtilə “Benfica”da, Portuqaliya yığmasına çıxış edib. 30 yaşı var, təcrübəlidi. Üstəlik azad agentdi. Onun transferi barədə düşünürük.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.