6 noyabr 2012 11:52
Yığma komandalarımızın baş məşqçiləri dəyişdirildi
AFFA rəhbərliyi birdən-birə üç yığma komandamızın baş məşqçisini dəyişib. Azerisport.az xəbər verir ki, bu barədə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, rəhbərliyin qərarı ilə U-15 yığmasının baş məşqçisi vəzifəsi Təbriz Həsənova, U-16 yığmasının baş məşqçisi vəzifəsi Aslan Kərimova, U-17 yığmasının baş məşqçisi vəzifəsi isə Nikolay Adama həvalə edilib.
Maraq üçün xatırladaq ki, U-17-yə bu vaxta qədər Təbriz Həsənov, U-16-ya Nikolay Adam, U-15-ə Aslan Kərimov rəhbərlik edirdi.
