6 noyabr 2012 00:15
Yığmamız Şimali İrlandiya ilə oyunun hazırlıqlarına bu gün start verəcək
Futbol üzrə Azərbaycan yığması bu gündən etibarən bir araya gələcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya yığması ilə oyun öncəsi yetirmələrini məhz indidən hazırlaşdırmağa başlayır.
Komandamız noyabrın 9-na qədər Bakıda hazırlıq keçəcək. Ayın 10-da isə millimiz çarter reysi ilə Şimali İrlandiyanın Belfast şəhərinə yola düşəcək. Foqtsun yetirmələri hazırlıqlarının qalan hissəsini məhz bu şəhərdə davam etdirəcək.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də Belfastda keçiriləcək.
