6 noyabr 2012 12:07
Neftçi – Rubin matçına bütün təyinatlar açıqlandı
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) – “Rubin” (Rusiya) oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər idarə edəcəklər.
“Neftçi”– “Rubin” oyunu noyabrın 8-də, saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu oyuna təyinatlar isə aşağıdakı kimidi:
Baş hakim: Manuel Jorge Neves Mreyra de Souza
Baş hakimin köməkçiləri: Bertino Cuhna Miranda, Rui Lisino Barbosa Tavares
Dördüncü hakim: Nuno Filipe Santos Tomas Pereyra
Baş hakimin əlavə koməkçiləri: Joao Karlos Santos Kapela, Joao Francisko Lopes Ferreyra
(Hakimlər briqadası Portuqaliyadandır)
UEFA nümayəndəsi: Janis Mejeçkis (Latviya)
Hakim-inspektor: Suheil Daood (İsrail)
