6 noyabr 2012 12:18
Yığmamızın Moldova ilə oyun üçün heyəti açıqlandı
Noyabrın 9-dan 15-ə qədər Moldovada təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, komandamız toplanış çərçivəsində noyabrın 14-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu da keçirəcək.
Baş məşqçi Bernard Lippert bu qarşılaşmaya aşağıdakı futbolçuları aparacaq:
Mirhüseyn Seyidov – “Neftçi”
Araz Abdullayev – “Neftçi”
Tərlan Quliyev – “Neftçi”
Kərim Diniyev – “Neftçi”
Elvin Yunuszadə – Neftçi”
Emil Balayev – “Neftçi”
Tural İsgəndərov – “Qarabağ”
Qara Qarayev – “Qarabağ”
Cavid Tağıyev – AZAL
Ruslan Tağızadə – AZAL
Abdulla Abasiyev – “İnter”
Aleksandr Qross – “İnter”
Nurlan Novruzov – “Bakı”
Slavik Alxasov – “Sumqayıt”
Amit Quluzadə – “Rəvan”
Orxan Sadıqlı – “Xəzər Lənkəran”
Urfan Abbasov – “Qəbələ”
Nicat Qurbanov – “Simurq”
