6 noyabr 2012 12:26
İnter və AZAL yoldaşlıq matçı keçirəcək
Noyabrın 4-də "Sumqayıt"la keçirilən oyundan sonra "İnter"in futbolçularına 3 günlük istirahət verilib. Azerisport.az xəbər verir ki, “bankirlər” ayın 8-də "Şəfa" stadionunda toplaşaraq məşqlərə başlayacaqlar.
Bundan başqa "İnter" Azərbaycan milli komandasının 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də, Belfast şəhərində Şimali İrlandiya yığmasıyla keçirəcəyi oyunla əladədar yaranmış fasilədən istifadə edərək, yoldaşlıq matçı da keçirməyi planlaşdırır. Noyabrın 12-də bu komanda AZAL ilə qarşılaşmağı düşünür. Oyun "Şəfa" stadionunda baş tutmalıdı.
